Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

Az

Ru En

 

 

Baş səhifə

Elmi Şura

Əmrlər, elanlar

Mətbuat xidməti

Bizimlə əlaqə

Arxiv

 

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Xəbərlər...

 

Dünya azərbaycanlıların həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar universitet əməkdaşlarının mükafatlandırılması haqqında

 

Faydalı keçidlər

 

İldən ilə, Arzudan arzuya

 

 

Bu günlər ölkəmizin hər yerində olduğu kimi Lənkəran Dövlət Universitetində də 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə Universitetin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və Tələbə Həmkarlar Təşkilatının dəstəyi ilə 1 saylı tədris korpusunun yeni istifadəyə verilən yeməkxanasında “İldən ilə, Arzudan arzuya” bayram tədbiri keçirilimişdir.

 


Tədbir yeməkxananın açılışı ilə başlanmışdır. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, prof. Natiq İbrahimov açılış münasibəti ilə professor, müəllim heyətinə, eləcə də tələbələri ürəkdən salamlamış, onlara təhsillə yanaşı gözəl istirahət etməyi də arzulamışdır.
Tədbir daha sonra zövqlə bəzədilmiş yeməkxana salonunda davam etmişdir. Universitetin rektoru vəzifəsini icra edən prof. Natiq İbrahimov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları münasibəti ilə professor-müəllim heyətini və tələbələri təbrik etmiş, universitetin uğurlarından, qarşıda duran vəzifələrdən danışmışdır. O qeyd etmişdir ki, 2016-cı il Lənkəran Dövlət Universiteti üçün uğurla başa çatmışdır. Bu ildən Universitetin əsas tədris korpuslarından biri istifadəyə verilmiş, bir sıra laboratoriyalar, elektron kitabxananlar açılmış, beynəlxalq əlaqələr genişlənmişdir. 

 


Daha sonra, tədrisdə və universitetin ictimai həyatında fəal iştirak edənlərin bir qrupuna fəxri fərmanlar verilmişdir. 
Universitetdə fakültələr arasında keçirilən müxtəlif növ idman yarışlarına yekun vurulmuş, qaliblər mükafatlandırılmışlar. 
Semestr imtahan nəticələrinə görə ümumi orta müvəffəq göstəricilərinə görə fərqlənən tələbə və magistrlərə universitet təqaüdünün verilməsi haqqında rektorluğun əmri oxunmuşdur.

 


Sonra universitetin bədii yaradıcılıq qruplarının çıxışları olmuşdur. 
Tələbələrin ifasında Azərbaycan, Vətən, Yeni il haqqında şeir və mahnılar oxunmuş, rəqslər edilmiş, səhnəciklər göstərilmişdir. Şaxta baba və Qar qız viktorinaların qaliblərinə hədiyyələr təqdim etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başa çatmışdır.

 

 

Əlavə şəkillər üçün rəsmi facebook hesabımıza baş vura bilərsiniz:

https://www.facebook.com/lsu.edu.az/

 

 

 

 

 

 

 

 

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator