Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbərlər...

 

 

Faydalı keçidlər

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

AKTUAL ELANLAR

 

15 sentyabr 2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində “Bilik günü” qeyd olunacaqdır. Tədbirdə LDU-nun tələbələri, professor-müəllim heyəti, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edəcəkdir...

Ətraflı =>

 

 

 

TƏBRİK EDİRİK!

Taras Şevçenko adına Kiyev Milli Universitetinin kafedra müdiri, görkəmli riyaziyyatçı alim, professor Aleksandr Nakoneçnıy LDU-nun Fəxri professoru seçildi:

 

 

 

2018-ci il oktyabrın 11/13-də Türkiyə Respublikasının Necmettin Erbakan Universiteti və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Doğumunun 800-ci ilində Şeyx Zahid Gilani” mövzusunda beynəlxalq simpozium keçiriləcəkdir.

 

 

 

 


LDU yeni tədris ilinə hazırdır.

 

 

 

Lənkəran Dövlət Universitetində (LDU) yeni - 2018/2019-cu tədris ilinə hazırlıq işləri yekunlaşmaq üzrədir. Bu ilki tədris ilinin diqqətçəkən yeniliklərindən biri universitetin II tədris korpusunda müasir tələblərə cavab verən yeni yeməkxana binasının inşasıdır. Qeyd edək ki, professor-müəllim-tələbə heyəti üçün nəzərdə tutulmuş tikilinin açılış mərasimi Bilk gününə nəzərdə tutulub.
Ürəkaçan yeniliklərdən biri də I saylı tədris korpusunda aqrar ixtisaslarda təhsil alan tələbələrin istifadəsi üçün xaricdən müasir tələblərə cavab verən yeni laboratoriyaların alınmasıdır. Xarici mütəxəssislərin köməyi ilə qurulan baytarlıq, qida, qida təhlükəsizliyi və aqrokimya laboratoriyalarının xidmətindən LDU ilə yanaşı, bölgədə bu sahədə çalışan digər mütəxəssislər və qurumlar da bəhrələnə biləcəklər.
Qeyd edək ki, universitetdə tələbə sıxlığı nəzərə alınaraq, I korpusun həyətində yeni tədris binasının tikintisinə start verilib.Yeni binanın ən geci, dərs ilinin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.
I və II saylı tədris korpuslarının tədris binalarında yay tətili günlərində əsaslı təmir bərpa işləri görülüb. Su-kanalizasiya, istilk, işıqlandırma sistemlərində olan nasazlıqlar aradan qaldırılıb, sıradan çıxmış oturacaqlar, yumşaq mebellər yenisi ilə əvəzlənib. Həmçinin, tədris korpuslarının həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb, xeyli sayda ağac və gül kolları əkilib.
Ötən il istifadəyə verilmiş turizm – təcrübə bazasının genişləndirilməsi işləri davam etdirilib. Bazada yeni yeməkxana binasının tikintisi yekunlaşıb, ərazi hasara alınıb, həyəti asfaltlaşdırılıb, yeni yaşıllıqlar salınır.
Qızlar yataqxanasında da təmir işləri yekunlaşıb, məişət avadanlıqları yenilənib, istilik, su-kanalizasiya sistemlərində olan nasazlıqlar aradan qaldırılıb. Qeyd edək ki, LDU-da oğlanlar üçün yataqxana binasının inşası da gündəmdədir.
Bir sözlə, ölkənin nüfuzlu ali təhsil ocaqlarından biri olan LDU yeni tədris ilində professor-müəllim, tələbə heyətini qarşılamağa tam hazırdır!

 

 

 

 

 

 

Esmira İsmayılova,
LDU-nun mətbuat xidmətinin rəhbəri.

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2018

Bütün hüquqlar qorunur

Vebadministrator