Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

 

SAYTIN YENİ VERSİYASI

 

 

Xəbərlər...

 

 

Faydalı keçidlər

 

 

 

 

 

AKTUAL ELANLAR

 

MƏZUNLARIN NƏZƏRİNƏ

2017/2018-ci tədris ilində LDU-nu bu elanda göstərilən ixtisaslar üzrə bitirmiş məzunlar diplomlarını müvafiq şöbədən ala bilərlər ...

Daha ətraflı = >

 

 

TƏBRİK EDİRİK!

Taras Şevçenko adına Kiyev Milli Universitetinin kafedra müdiri, görkəmli riyaziyyatçı alim, professor Aleksandr Nakoneçnıy LDU-nun Fəxri professoru seçildi:

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

 

 

 

 

 

Tələbələrə müjdə - LDU-da yeni yataqxana

binasının inşasına başlanılıb.

 

Lənkəran Dövlət Universitetində (LDU) təhsil alan tələbə və magistrantları, həmçinin onların valideynlərini müjdələyə bilərik. Təqribən 3500-ə qədər tələbə və magistrantın təhsil aldığı LDU-da 5 mərtəbəli 160 yerlik yeni yataqxana binasının inşasına başlanılıb. Yeni bina universitetin idarəçiliyinə verilən keçmiş peşə məktəbinə məxsus qəzalı binanın yerində inşa edilir.Artıq ikinci həftədir ki, köhnə binanın söküntüsü işləri aparılır.Yaşayış sahəsi 1100 kv.m olacaq yataqxana binasında tələbələrin normal yaşayışı,asudə vaxtlarının təşkili üçün bütün şərait yaradılacaq, kompüter otaqları, kitabxana, xidmət otaqları fəaliyyət göstərəcək.Yataqxana binasının növbəti 2019-2020-ci ildə tələbələrin istifadəyə verilməsi nəzərdə tutulur.
Hazırda Lənkəran Dövlət Universitetində ancaq qız tələbələr yataqxana binasından istifadə edirlər. 50 nəfərlik qızlar yataqxanası 2016-cı ildə əsaslı şəkildə yenidən təmir olunub və burada tələbələrin yaşayışı, normal istirahəti üçün hər cür şərait yaradılıb, həmçinin qızların dərsə getmələri üçün ayrıca mikroavtobus da ayrılıb.
Lənkəranda evlərin aylıq kirayə haqqı 50 manatdan baha olduğuna görə, yeni yataqxananın inşası aztəminatlı ailələrdən olan tələbələrin yaşayış probleminin həlli deməkdir.Bu amil gələcəkdə universitetə tələbə axınını da şərtəndirə bilər.Xatırladaq ki, hazırda Lənkəran Dövlət Universitetində iki yeni tədris korpusunun da inşası aparılır.
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Digər xəbərlər =>

2017/2018-ci tədris ilində LDU-nu bu elanda göstərilən ixtisaslar üzrə bitirmiş məzunlar diplomlarını müvafiq şöbədən ala bilərlər ... =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2018

Bütün hüquqlar qorunur

Vebadministrator