Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

AKTUAL ELANLAR

LDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Təbiət və humanitar elm sahələrinin inkişaf problemləri” adlı respublika elmi konfransı keçiriləcəkdir >>>

 

LDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tələbələrin bədii yaradıcılıq festivalı keçiriləcəkdir >>>

 

LDU- ali orta ixtisas təhsili müəsisələrinin tələbələri və ümumi təhsil müəsisələrinin şagirdləri arasında “Regional fizika və riyaziyyat” fənn olimpiadası keçiriləcəkdir >>>

 

LDU-da Umummilli lider Heydər Əliyevin

anadan olmasının 94-cü ildönümünə həsr olunmuş

umumrespublika  bədii yaradıcılıq festivalının baxış turu keçirilib.

 

 

 

 

  Umummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş   umumrespublika bədii yaradıcılıq  festivalı Respublika Təhsil Nazirliyi və  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının respublika komitəsinin təşəbbüsü və təşkilati dəstəyi ilə ölkədə fəaliyyət göstərən ali məktəb tələbələri arasında artıq bir neçə ildir ki, keçirilir. Bu gün Lənkəran Dövlət Universitetində bu ali təhsil ocağını yaradıcılıq festivalında təmsil edəcək istedadlı gənclərin seçimi aparılıb.

Lənkəran Dövlət Universitetinin tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən filologiya elmləri doktoru, professor Yədulla Ağazadə ölkənin tanınmış sənət adamlarının təmsil olunduğu münsiflər heyətinin üzvlərinə və iştirakçılara LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun salamını çatdırdı, müsabiqədə iştirak edəcək gənclərə  uğurlar  arzuladı. Yədulla Ağazadə gənclərin asudə vaxtlarının təşkilində, hərtərəfli formalaşmasında, yaradıcılıq qabiliyyətlərinin üzə çıxmasında bu cür müsabiqələrin əvəzsiz olduğunu, sağlam və yaradıcı təfəkkürlü gənclərə bütün zamanlarda ciddi ehtiyac duyulduğunu bildirdi. Münsiflər heyətinin üzvü, tanınmış kinorejissor, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Əbdül Mahmudbəyov ölkədə yaradıcı gəncliyə göstərilən dövlət qayğısından, maddi və mənəvi stimulllaşdırmadan danışaraq iştirakçıları fəal olmağa, yaradıcılıq bacarıqlarını təqdim etməyə çağırdı. Sonra meydan yaradıcı gənclərə verildi. Universitetin istedadlı tələbələrindən Xaqani Bədəlov, Babək Cəfərov, Solmazxanım Əsədzadə, Aytac Musayeva, Asim Əkbərli, Yalçın Abdullazadə, Kamran Əlizadə, Elvin MƏmmədov, Tohid Musayev, Şamxal Mənsimli, Elşad Hilalzadə, Hüseyn Ağazadə, Pərviz Nəsirov, Şəbnəm İbadova və başqalarının ifa etdikləri mahnı və rəqslər, səsləndirdikləri şerlər münsiflər heyətinin diqqətini çəkdi. LDU-nun 20-yə yaxın istedadlı tələbəsinin ifası münsiflər heyətini razı saldığından onlar növbəti tura vəsiqə qazandılar.

Qeyd edək ki, münsiflər heyətinə əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovla yanaşı milli konservatoriyanın müəllimi Aslan Növrəsli, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı respublika komitəsinin şöbə müdiri Rüstəm Nəzirov daxil idilər.

Xatırladaq ki, bədii yaradıcılıq festivalına may ayında yekun vurulacaq və qaliblər qala konserdə iştirak etmək hüququ qazanacaqlar.

 

foto 1 foto 3 foto 4 foto 5 foto 6 foto 7 foto 8 foto 9 foto 10 foto 11

 

Digər xəbərlər>>>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator