Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya

Az

Ru

En

Yeniliklər

Fakьltələr, kafedralar

Magistratura və doktorantura

Beynəlxalq əlaqələr

Elmi kitabxana

Tələbə həyatı

Tələbə Elmi Cəmiyyəti

Mətbuat xidməti

İdman klubu

Təhsildə kredit sistemi

Azərbaycan həqiqətləri

Arxiv

 

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ HİNDİSTANIN AZƏRBAYCANDAKI SƏFİRİ İLƏ GÖRÜŞ

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana respublikanın cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində olub.

Universitetdə səfirlə keçirilən görüşdə geniş fikir mübadiləsi aparılıb, Hindistan-Azərbaycan dostluq əlaqələrindən danışılıb.

Universitetin tədris işləri üzrə prorektoru texnika elmləri doktoru, professor Nizami Yusubov təhsil islahatları ilə əlaqədar ali tədris ocağında elmin, təhsilin inkişafı istiqamətində əldə edilmiş uğurlardan, beynəlxalq əlaqələrdən söz açmış, qonağı maraqlandıran suallara cavab vermişdir. Deyilmişdir ki, 1991-ci ildən fəaliyyət göstərən Lənkəran Dövlət Universitetinin beynəlxalq əlaqələri ildən-ilə genişlənir. Qeyd edilmişdir ki, LDU Avrasiya Universitetləri, Qafqaz Universitetləri və Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyasının üzvü kimi 100-ə yaxın ali təhsil müəssisəsi ilə sıx əlaqə saxlayır. Deyildi ki, bu gün LDU-da 2294 tələbə oxuyur, 161 tələbə dövlət sifarişilə təhsil alır.

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana görüşə görə minnətdarlığını çatdırdı. Görüşdən məmnun qaldığını bildirən səfir universitetlə əməkdaşlığına diqqətin artırılacağını bildirdi.

Tələbə-müəllim mübadiləsi üçün ilkin danışıqlar aparıldı. Hindistanlı qonaq universitetdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə də tanış oldu, muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

Sonda Xatirə şəkili çəkdirildi.

     

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail:  office@lsu.edu.az      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

 

Faydalı keçidlər

   Lənkəran Dövlət Universiteti - 2015

Bütün hüquqlar qorunur Veb administrator