Yeniliklər

Universitetimiz
Struktur
Fakültələr, kafedralar
Elmi hissə
Beynəlxalq əlaqələr
Elmi kitabxana  
Elmi konfranslar
Tələbə qəbulu
Tələbə həyatı
T.E.C.
İdman klubu
Mətbuat xidməti
Lənkəran
Sizcə...
Veb administrator
Baş səhifə
Axtarış

 

Yeniliklər

Az 

Ru En

 

Lənkəran Dövlət Universitetində

məzun günü

Lənkəran Dövlət Universitetində məzun günü keçirilmişdir. “Məzun-2015” adı ilə keçirilən tədbiri universitetin rektoru fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq, ali məktəbi bitirmələri münasibətilə məzunları təbrik etmişdir və bildirmişdir ki, bu il universiteti 300-ə yaxın tələbə bitirir. Rektor həmçinin qeyd etmişdir ki, 2014-2015-ci tədris ilində universitetdə 2 minədək tələbə təhsil almış, tədrisin keyfiyyəti əvvəlki illərə nisbətən artmışdır. Qeyd edilmişdir ki, universiteti indiyə kimi 28 ixtisas üzrə 7 mindən artıq tələbə bitirmişdir. Məzunların bir qismi elmi dərəcələr alaraq ali məktəblərdə, yaxud digər məsul vəzifələrdə işləyir.

Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli məzunları müstəqil Azərbaycanın gələcək qurucuları adlandırmış və əmin olduğunu bildirmişdir ki, onlar bundan sonra da ümummilli lider Heydər Əliyevin ideyalarını layiqincə həyata keçirəcəklər.

Universitet valideynlər şurasının sədri Sərhad Məmmədov gəncləri təbrik etmiş, ölkənin hər yerində savadlı, işgüzar gənc kadrlara ehtiyac olduğunu söyləmiş və qeyd etmişdir ki, məzunlar etinadı şərəflə doğruldacaqlar.

Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Asif İmanzadə çıxış edərək, universitetin məzunu olduğuna görə qürur duyduğunu bildirdi və tələbələrə daha böyük nailiyyətlər arzuladı.

Tədbirdə bu ilin məzunları çıxış edərək, ürək sözlərini söyləmiş, fəaliyyət göstərəcəkləri yerlərdə doğma təhsil ocağının, müəllimlərin adını həmişə uca tutacaqlarına söz vermişlər.

Sonra təhsildə və universitetin ictimai həyatında fərqlənənlərin bir qrupuna fəxri fərmanlar verilmişdi.

Sonda tələbələr maraqlı konsert proqramı ilə çıxış etdilər.

Məzun günündə rayon ictimaiyyətinin, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri iştirak edirdilər.