Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya Az

Ru

En

 

 

 

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında

 

 

      Yeniliklər

 

 

Faydalı keçidlər

 

Lənkəran Dövlət Universitetinin

kollektivi Qarabağ şəhidlərinin dəfn mərasimində iştirak etdilər.

 

  Aprelin  2-nə keçən gecədən başlayaraq erməni qəsbkarlarının cəbhədə törətdikləri  təxribat xarakterli döyüşlərdə  torpağımızın bütövlüyü uğrunda  mərdliklə vuruşan əsgərlərimizdən şəhid olanlarda var idi. 6 aprel  2016-cı il tarixində vətən uğrunda şəhid olanlardan biri Lənkəran rayonun Cil kəndindən olan İslamov Əlizamin Fərrux oğlunun dəfn mərasimi keçirilmişdir.Dəfn mərasimində rayon

 

 

 ictimaiyyəti ilə birlikdə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən prof. Nizami Yusubovun rəhbərliyi ilə müəllim və tələbə kollektivi də fəal iştrak etmişlər. Onlar mərhumun ailəsinə baş sağlığı vermiş və Allahdan bütün şəhidlərimizə rəhmət diləmişlər.

 

Aprelin 7-də isə rektor Nizami Yusubov başda olmaqla bir çox müəllim və tələbə heyəti Lənkəran rayonunun Hirkan qəsəbəsində anadan olmuş gizir Rusif Ağayevin dəfn mərasimində iştirak etdi.

Allah şəhidlərimizə rəhmət eləsin! Vətən sağ olsun!

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

   
 

     

       

 Lənkəran Dövlət Universiteti - 2015

Bütün hüquqlar qorunur

Vebadministrator