Announcements
10–17 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın Kokand Universitetinin əməkdaşı Davronjon Abdullajonov Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) “Orhun” mübadilə proqramı çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) akademik səfərdə olub.Səfər müddətində D. Abdullajonov LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüşlər keçirib. Görüşlərdə tədrisin təşkili, müasir təlim metodlarının tətbiqi, elmi-tədqiqat fəaliyyəti və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib. Qonaq tələbələrə Kokand Universitetinin fəaliyyəti, təhsil imkanları və akademik mühiti barədə təqdimat edib, həmçinin dərslərdə iştirak edərək interaktiv metodlara əsaslanan təlimlər keçib.Səfər çərçivəsində ...
Qafqaz Universitetinin dekan müavini Prof. Dr. Cihan Kaçar ikitərəfli əməkdaşlıq çərçivəsində Lənkəran Dövlət Universitetində ustad dərslərini və təcrübi məşğələlərini davam etdirir.Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasındakı elmi-akademik tərəfdaşlığın davamı olaraq, Türkiyənin Qafqaz (Qars) Universitetinin Baytarlıq fakültəsinin dekan müavini Prof. Dr. Cihan Kaçar Lənkəran Dövlət Universitetində (LDU) genişmiqyaslı tədris və elmi-praktiki fəaliyyət proqramı həyata keçirir.Professor LDU-da Baytarlıq və aqrar sahədə tədris aparan professor-müəllim heyəti üçün heyvandarlıqda məhsuldarlığın artırılması və müasir təhsil metodologiyaları üzrə elmi seminarlar aparır, ustad dərsləri keçir, tələbələrə ...
Türkiyənin Qafqaz Universitetinin Baytarlıq fakültəsinin Dölvermə və süni mayalanma kafedrasının tanınmış professoru Yavuz Öztürklər Lənkəran Dövlət Universitetinin Baytarlıq fakültəsində təhsil alan təcrübəçi tələbələrlə növbəti əyani məşğələsini keçirib. Bu məşğələ iki universitet arasındakı beynəlxalq əməkdaşlıq çərçivəsində tələbələrin nəzəri biliklərini real istehsalat şəraitində tətbiq etmək və onların peşəkar vərdişlərini inkişaf etdirmək məqsədi daşıyır. Tələbələrin böyük maraq göstərdiyi praktiki məşğələdə müasir heyvandarlıq üçün mühüm olan metodlar əyani nümayiş etdirilib. Prof. Dr. Yavuz Öztürklər qeyd edib ki, baytarlıq sırf təcrübəyə əsaslanan bir sahədir və ...
Exchange Opportunity at Ankara UniversityStudents of Lankaran State University now have the opportunity to study at Ankara University, one of Türkiye’s prestigious higher education institutions, within the framework of an exchange program.Duration of the exchange program:* 1 semester, or* 2 semestersRequired documents:Minimum B2 level in Turkish or EnglishOfficial academic transcript in English (including grading and credit system explanation)Colored copy of international passportColored photographHealth insurance:Students are required to have valid health insurance covering the entire period of their residence permit in ...
Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisi keçirilir. Sərgidə Azərbaycanın 25-ə yaxın aparıcı universiteti arasında Lənkəran Dövlət Universiteti də təmsil olunur. Sərgidən çəkilən şəkillər LDU stendinə marağın böyük olduğunu göstərir.
Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərgi iki ölkə arasında təhsil və elm sahələrində strateji tərəfdaşlığın gücləndirilməsi, tələbələr, eləcə də gənc mütəxəssislərin Azərbaycanda təhsil almaq imkanları barədə məlumatlandırılması məqsədi daşıyır. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri ...
Lənkəran Dövlət UniversitetininQida mühəndisliyi ixtisası üzrə bakalavr pilləsini uğurla başa vurmuş ArazHüseynzadə Xalid oğlu imtahan verərək Türkiyənin nüfuzlu ali təhsilocaqlarından biri olan Çukurova Universitetinin Qida mühəndisliyiixtisası üzrə magistr proqramına qəbul olunub. Araz təhsil aldığımüddətdə müxtəlif elmi tədbir və beynəlxalq konfranslarda aktiv iştirak etmişdir. Araz Hüseynzadənitəbrik edir və ona elmi fəaliyyətində uğurlar arzulayırıq.
Lənkəran Dövlət Universitetinin (LDU) məzunları –Ehtiram Əhmədzadə və Muhəmməd Əlizadə Türkiyənin nüfuzlu Qafqaz (Qars) Universitetinin Baytarlıq fakültəsində “Qida gigiyenası və istehsalı” ixtisası üzrə doktoranturaya qəbul olunublar. Xatırladaq ki, bu tələbələr LDU-da 2023-cü ildə Qida mühəndisliyi ixtisası üzrə bakalavr, 2025-ci ildə isə Qida təhlükəsizliyi ixtisası üzrə magistr təhsillərini uğurla başa vurublar.Tələbələrimizi bu münasibətlə təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.Məlumat üçün bildiririk ki, Lənkəran Dövlət Universiteti ilə Qafqaz (Qars) Universiteti arasında ikili əməkdaşlıq müqaviləsi mövcuddur.
Lənkəran Dövlət Universitetinin Xarici Dillər və tərcümə kafedrasının İngilis dili müəllimi Nuri Billurə beynəlxalq səviyyədə tanınan TEFL 120 saatlıq (Teaching English as a Foreign Language) proqramını bitirib beynəlxalq sertifikat əldə etmişdir.Təbrik edirik!
Lənkəran Dövlət Universitetinin əməkdaşları 2025-ci il aprelin 17-də Xəzər Universitetinin koordinatorluq etdiyi, Lənkəran Dövlət universitetinin tərəfdaş olduğu DIRNA layihəsi çərçivəsində yeni yaradılan RIMS-Research Information Management System platformasının funksiyaları haqqında keçirilən təlimə qatılıblar.Təlimdə RIMS platformasına giriş, sistem administratorunun vəzifələri, materialların sistemə daxil olunması, Repozitoriyanın idarə olunması, icazələrin konfiqurasiyası, müntəzəm olaraq texniki xidmət işlərinin görülməsi haqqında məlumat verilib. Hər bir istifadəçi üçün şəxsi hesab açılıb.Təlim Xəzər Universiteti Kompüter elmləri departamentinin müəllimi Hafiz Muhammad Azeem Akram tərəfindən nəzəri və praktiki olaraq keçirilib.