Geri
LDU-da ERASMUS+KA2 layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib.
Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Lənkəran Dövlət Universitetinin tərəfdaş olduğu ERASMUS+ KA2 proqramı çərçivəsində “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib.
27 oktyabr 2021-ci il tarixində keçirilən məlumatlandırma sessiyasında “Qida məhsulları mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Meşəçilik IIA-B” ixtisaslarının tələbələri iştirak etmişdir. Məlumatlandırma sessiyasında Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdir Zaur Məmmədov və layihə meneceri Axundzadə Rasimə layihənin əhəmiyyəti, məqsədi, yerli və Avropa partnyorları və yaradılacaq Rektorlar Konfransının Azərbaycanda ali təhsilin inkişafına verə biləcəyi tövfələr barədə məlumat verib. Layihə ilə bağlı tələbələrin sualları cavablandırılıb.