Geri

02/11/21

LDU-da ERASMUS+KA2 layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib. (ECAR)


28 oktyabr 2021-ci il tarixində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Lənkəran Dövlət Universitetinin tərəfdaş olduğu ERASMUS+ KA2 proqramı çərçivəsində “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib.

Məlumatlandırma sessiyasında LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dos. İdrak Əsgərov, Sosial məsələlər üzrə prorektor dos. Kamran Kazımov, Elm və innovasiyalar üzrə prorektor dos. Elvin Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri dos. Zaur Məmmədov, müdir müavini Ülviyyə Mirzəyeva iştirak edib.

Məlumatlandırma sessiyasında layihə meneceri Axundzadə Rasimə layihənin əhəmiyyəti, məqsədi, yerli və Avropa partnyorları və yaradılacaq Rektorlar Konfransının Azərbaycanda ali təhsilin inkişafına verə biləcəyi tövfələr barədə məlumat verib.

Sessiya iştirakçıları ümumilikdə layihəni yüksək qiymətləndirib. Bu layihənin universitetlər arasında əlaqələrin daha da genişlənməsinə zəmin yaradacağını bildirmiş və layihə çərçivəsində Avropa təcrübəsindən faydalanmağın məqsədəuyğun hesab etmişdirlər.

Daha sonra Rasimə Axundzadə layihə çərçivəsində görülən işlər barədə də məlumat verib.

Bundan əlavə, “Tarix,coğrafiya və incəsənət” fakültəsinin professor-müəllim heyəti üçün də məlumatlandırma sessiyası keçirilib. Məlumatlandırma sessiyasında Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri dos. Zaur Məmmədov layihə barədə, keçirilən sorğular, görülən işlər barədə məlumat verilib.

Məlumatlandırma sessiyalarında layihənin fəaliyyətinin səmərəli qurulması istiqamətində tövsiyyə və təkliflər təqdim edilib.

LDU-da ERASMUS+KA2  layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib. (ECAR)


Mənbə:
Paylaş: