Geri

15/03/23

ELAN


İspaniyanın Leon Universitetində ERASMUS+ proqramı çərçivəsində akademik və ya inzibati heyətin mübadiləsi üçün qəbul prosesi açıq elan edilir. Bu proqram Lənkəran Dövlət Universitetinin əməkdaşlarına Leon Universitetində mühazirə oxumaq və ya təlimdə iştirak etmək imkanı verir. Mübadilə müddəti cari tədris ili üçün 1 həftə nəzərdə tutulub.

Müraciət üçün əsas şərtlər:

· İngilis dili və ya ispan dili minimum B2 səviyyəsində olmalı

· Minimum 2 (iki) illik iş təcrübəsi

· Magistr təhsilli olması

Tələb olunan sənədlər:

· Ərizə

· CV (Azərbaycan və ingilis dilində)

· Xarici Passport

Aşağıda göstərilən xərclər proqram tərəfindən qarşılanacaqdır:

· Gündəlik və otel xərcləri üçün 160 avro (təlim və səyahət daxil ümumi 7 gün olmaqla cəmi 1120 avro)

· Səyahət xərcləri: 820 avro

Qeyd: Sığorta və viza xərcləri qarşılanmır.

Müraciət üçün son tarix: 10 aprel 2023-cü il

Seçim mərhələsi aşağıda göstərilən şəkildə həyata keçiriləcək:

1. Dil biliklərinin qiymətləndirilməsi (20 bal)

2. Dünyagörüşün qiymətləndirilməsi (20 bal)

3. İş performansının qiymətləndirilməsi (10 bal)

Qəbul üçün minimum tələb: 40 bal

E-mail: int-rel@lsu.edu.az, erasmuska107@unileon.es

https://lsu.edu.az/new/PDF/elan/Call%20for%20Leon%20University.pdf

ELAN


Mənbə:
Paylaş: