Geri
ECAR Erasmus+ layihəsinin Fransadan olan tərəfdaşı CPU-nun (Fransa Rektorlar Konfransı) təşkilatçılığı ilə bir həftəlik təlimlər təşkil olunmuşdur
22-26 noyabr tarixlərində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Azərbaycanda Rektorlar Konfransının Yaradılması məqsədini daşıyan layihə çərçivəsində Avropadan olan bir çox rektorlar konfrasnının təcrübələrinin öyrənilməsinə həsr olunmuş 2-ci komponentinin icrasına başlanılmışdır. Bu məqsədlə tərəfdaş universitet nümayəndələrindən ibarət 30 nəfərlik koordinasiya komitəsi yaradılmışdır. Komissiyanın ilk səfəri 22- 26 Noyabr tarixlərində Fransada keçirilmişdir. Bu səfərdə layihənin tərəfdaşlarından olan Lənkəran Dövlət Universitetindən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos. İdrak Əsgərov və Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri dos. Zaur Məmmədov iştirak etmişdir. Belə ki, Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzi ( FEİ)-nin təşkilatçığı ilə həyata keçirilən bu görüşdə Fransa təhsil sistemi və Fransa rektorlar konfransının Ali təhsildə rolu, Fransa Rektorlar Konfransının təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri və CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdalığı haqqında iştirakçılara ətraflı məlumat verilmişdir. Səfərin Sonunda CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universitetinə səfər təşkil edilmişdir.