Geri
ECAR ERASMUS+ layihəsi çərçivəsində 08-09 fevral 2022-ci il tarixində növbəti təlim keçirilib
08-09 fevral 2022-ci il tarixində Bakı Biznes
Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən
“Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Bakı Biznes Universitetində Azərbaycan HR İnstitutunun dəstəyi ilə “Strateji
planlaşdırma və idarəetmə” adlı 2 günlük təlim baş tutmuşdur. Təlimdə layihə
konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin prorektorları, digər rəhbər
şəxslər iştirak etmişdir. Tədbirdə Lənkəran Dövlət Universitetindən Beynəlxalq
Əməkdaşlıq Şöbəsinin müdiri Zaur Məmmədov iştirak etmişdir. Peşəkar təlimçi Nazim Əliyev təlimin ilk
günündə strateji planlaşdırmanın əhəmiyyəti, planlaşdırmanın üsulları və
metodları, maraqlı tərəflərin prosesə cəlb edilməsi, ali təhsil müəssisəsinin
güclü və zəif tərəflərinin, mövcud imkan və təhlükələrinin təhlili, əsas fəaliyyət
göstəricilərin müəyyənləşdirilməsi, büdcənin hazırlanması kimi məsələlərdən bəhs
edilmişdir. Təlimin növbəti günündə performansın idarə edilməsinin
müasir üsulları və formaları, yüksək performanslı komanda işinə nail olmaq üçün
çevik (agile) idarəetmə yanaşması, onun əsas prinsipləri, risklərin təhlili barədə
biliklər verilmişdir. Eyni zamanda təlimin ikinci günüdə iştirakçılar strateji
planlaşdırma üzrə komandalar şəklində təqdimat aparmışlar. Yekunda tədbir iştirakçıları
rektor i.e.d.,prof İbad Abbasovun iştirakı ilə sertitifikat və hədiyyələrlə təltif
olunmuşdur.