Geri

28/09/23

“Erasmus Tələbə Şəbəkəsi Azərbaycan”


Lənkəran Dövlət Universitetinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin Layihələrin idarə olunması üzrə mütəxəssisi Nuri Billurə Məmmədəli qızı 11-13 sentyabr 2023-cü il tarixlərində Bakı şəhərində “Erasmus Tələbə Şəbəkəsi Azərbaycan tərəfindən təşkil olunan beynəlxalq təhsildə potensialın gücləndirilməsi məqsədi daşıyan “Transmilli Tərəfdaşlıqların Gücləndirilməsi məqsədilə Universitetlər üçün Təlim və Resurslar (TRUST)” adlı beynəlxalq təlimdə iştirak edib. Təlim zamanı Türkiyə, Gürcüstan və Ukrayna universitetlərinin peşəkar və təcrübəli təlimçiləri tərəfindən “Erasmus+ və Jean Monnet layihələri”, “Ali təhsil layihələrində potensialın gücləndirilməsi və ən yaxşı təcrübələr”, “Erasmus+ Proqramı çərçivəsində və xaricində Strateji Kommunikasiya və Beynəlxalq Tərəfdaşlığın Gücləndirilməsi” kimi mövzularda mühazirələr oxunub. Təlimi Tbilisi Dövlət Universitetinin Xarici Əlaqələr Departamentinin rəhbəri Tea Gergedava, Mərmərə Universitetinin Beynəlxalq Təhsil üzrə mütəxəssisi Gülden Bulut və Mariupol Dövlət Universitetinin direktoru Dr. İrina Sikorskaya kimi tanınmış ekspertlər aparıb və öz təcrübələrini bölüşüblər.

Təlimi müvəffəqiyyətlə başa vuran əməkdaşımız ESN Azərbaycanın rəhbəri tərəfindən sertifikata layiq görülüb.

“Erasmus Tələbə Şəbəkəsi Azərbaycan”


Mənbə:
Paylaş: