Geri

13/12/23

Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin azaldılması


24 noyabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetində Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluq etdiyi, Lənkəran Dövlət Universitetinin də tərəfdaş universitet kimi iştirak etdiyi REFRESH (“Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin azaldılması) layihəsi ilə bağlı məlumat günü keçirilib. Tədbirin məqsədi LDU-nun da tərəfdaş olduğu bu layihənin ölkəmizdə bərpa olunan enerji sahəsində tələbə, müəllim və universitet əməkdaşlarını maarifləndirmək olub. LDU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin Layihələrin idarə olunması üzrə mütəxəssisi Nuri Billurə layihə ilə bağlı təqdimat nümayiş etdirərək layihənin əhəmiyyəti, hazırkı cəmiyyətdə rolu və digər vacib məsələlər haqda ətraflı məlumat verib. Tədbirin 2-ci mərhələsində Beynəlxalq əməkdaşlıq şöbəsinin Viza-sənəd işi və tələbələrlə iş üzrə mütəxəssisi Tofiq Əliyev Erasmus+ layihələri haqda tələbələri məlumatlandırıb.
Tədbirdə tələbə və müəllimlərin sualları cavablandırılıb.
Qeyd edək ki, sözügedən layihənin (REFRESH) koordinatoru Azərbaycan Dövlət İqtisad Universitetidir. Layihədə 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtaliyanın Bolonya Universiteti, Danimarka Texniki Universiteti, İsveçin Kral Texnologiya İnstitutu) və 6 yerli universitet (Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti), eləcə də, bir neçə yerli cəmiyyət və agentliklər də tərəfdaş qismində çıxış edir. Layihənin məqsədi Azərbaycanda yaşıl enerjiyə keçid dövrünü yaxşılaşdırmaq, tədris metodologiyalarını, kurs proqramlarını təkmilləşdirmək və hər bir tərəfdaş ali təhsil müəssisəsində pilot kurslara başlamaq üçün Təlimçilərin Təlimi (ToT) proqramına müəllim heyətini cəlb etməklə ali təhsil müəssisələrində müvafiq sahə üzrə mövcud potensialı artırmaqdır.
Qeyd:REFRESH layihəsi çərçivəsində ilk təlimlərdə iştirak etmək üçün ”Texnologiya və texniki fənlər” kafedrasının baş müəllimi Vüsalə Muradova İtaliyanın Bolonya şəhərinə ezam olunub.



Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin azaldılması


Mənbə:
Paylaş: