Geri

25/12/23

Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin azaldılması


24 noyabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetində Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluq etdiyi, Lənkəran Dövlət Universitetinin də tərəfdaş universitet kimi iştirak etdiyi REFRESH (“Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin azaldılması) layihəsi ilə bağlı məlumat günü keçirildi. Tədbirin məqsədi LDU-nun da tərəfdaş olduğu bu layihənin ölkəmizdə bərpa olunan enerji sahəsində tələbə, müəllim və universitet əməkdaşlarını maarifləndirmək olub. LDU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin Layihələrin idarə olunması üzrə mütəxəssisi Nuri Billurə layihə ilə bağlı təqdimat nümayiş etdirərək layihənin əhəmiyyəti, hazırkı cəmiyyətdə rolu və digər vacib məsələlər haqda ətraflı məlumat verdi. Tədbirin 2-ci mərhələsində Beynəlxalq əməkdaşlıq şöbəsinin Viza-sənəd işi və tələbələrlə iş üzrə mütəxəssisi Tofiq Əliyev Erasmus+ layihələri haqda tələbələri məlumatlandırdı.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı, tələbə və müəllimlərin sualları cavablandırıldı.
Elavə olaraq qeyd edək ki, sözügedən layihənin (REFRESH) koordinatoru Azərbaycan Dövlət İqtisad Universitetidir. Layihədə 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtaliyanın Bolonya Universiteti, Danimarka Texniki Universiteti, İsveçin Kral Texnologiya İnstitutu) və 6 yerli universitet (Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti), eləcə də, bir neçə yerli cəmiyyət və agentliklər də tərəfdaş qismində çıxış edir. Layihənin məqsədi Azərbaycanda yaşıl enerjiyə keçid dövrünü yaxşılaşdırmaq, tədris metodologiyalarını, kurs proqramlarını təkmilləşdirmək və hər bir tərəfdaş ali təhsil müəssisəsində pilot kurslara başlamaq üçün Təlimçilərin Təlimi (ToT) proqramına müəllim heyətini cəlb etməklə ali təhsil müəssisələrində müvafiq sahə üzrə mövcud potensialı artırmaqdır.
Qeyd:REFRESH layihəsi çərçivəsində ilk təlimlərdə iştirak etmək üçün ”Texnologiya və texniki fənlər” kafedrasının baş müəllimi Vüsalə Muradova İtaliyanın Bolonya şəhərinə ezam olunub.

Lənkəran Dövlət Universiteti aşağı karbon iqtisadiyyatı yaradan olaraq əldə edilir layihələrə, o əlavə aşağı karbon texnologiyalarını inkişaf etdirən istənilən layihəyə dəstək verməkdə maraqlıdır. Bu cür startap layihələrə dəstək vermək üçün Universitet daim axtarışdadır. Universitetin təsərrüfat sahələrinin işıqlandırılması sistemində günəş enerjisi ilə işləyən lampalardan istifadə olunur ki, bu da karbonsuz enerjidən istifadə olunur.


Green and sustainable global economic improvement in Azerbaijani universities: reducing renewable energy sources and climate change

On November 24, 2023, an information day was held at Lankaran State University on the REFRESH (“Green and sustainable global economic improvement in Azerbaijani universities: reducing renewable energy sources and climate change”) project, coordinated by the Azerbaijan State University of Economics and with Lankaran State University as a partner university. The aim of the event was to educate students, teachers and university staff in the field of renewable energy in our country. Nuri Billure, Project Management Specialist of the International Cooperation Department of LSU, made a presentation on the project and provided detailed information about the importance of the project, its role in today's society, and other important issues. At the 2nd stage of the event, Tofig Aliyev, Visa and Document Work and Student Work Specialist of the International Cooperation Department, informed students about Erasmus+ projects.

The event was met with interest by the participants, and questions from students and teachers were answered.

In addition, the coordinator of the project (REFRESH) is the Azerbaijan State University of Economics. The project partners include 4 European universities (University of Barcelona, ​​Spain, University of Bologna, Italy, Technical University of Denmark, Royal Institute of Technology, Sweden) and 6 local universities (Sumgayit State University, Ganja State University, Mingachevir State University, Lankaran State University, Azerbaijan University of Technology), as well as several local communities and agencies. The project aims to improve the transition to green energy in Azerbaijan, improve teaching methodologies, course programs, and increase the existing potential in higher education institutions in the relevant field by involving teaching staff in the Training of Trainers (ToT) program to launch pilot courses in each partner higher education institution.

Note: Vusala Muradova,senior teacher of the "Technology and Technical Subjects" department, was sent to business trip to Bologna, Italy, to participate in the first trainings within the framework of the REFRESH project. Lankaran State University is interested in supporting projects that create a low-carbon economy, and any project that develops additional low-carbon technologies. The University is constantly looking for support for such startup projects. The university's agricultural lighting system uses solar-powered lamps, which use carbon-free energy.





Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin azaldılması


Mənbə:
Paylaş: