Geri

11/03/24

LDU təmsilçisi layihə çərçivəsində görüşdə iştirak edib


19 fevral tarixində UNEC-in qalib olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ KA2 layihəsinin Keyfiyyətin təminatı şurasının 2-ci iclası keçirilmişdir. İclasda UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin (BƏD) direktoru Nərmin İbrahimova, Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədov, həmin şöbənin mütəxəssisi Gültac Tahirli və Lalə Abbasova iştirak etmişdir. Sözügedən görüşdə layihə konsorsiumuna daxil olan 6 yerli və 4 xarici universitetin nümayəndələri iştirak etmişlər. Görüşdə BƏD-in direktoru Nərmin İbrahimova layihənin tanıdılması üçün təcrübə səfərlərindən sonra Bakıda yekun konfrans keçirilməsini təklif etmişdir. N. İbrahimova layihə çərçivəsində R. Dunlapın müəllifi olduğu “Dayanıqlı Enerji” kitabının Azərbaycan dilinə tərcümə edilməsinin layihənin dayanıqlılığı üçün əhəmiyyətli amil olduğunu qeyd etmişdir. İclasda bir sıra keyfiyyətə nəzarət məsələləri haqqında məqamlar müzakirə olunmuş və yekun olaraq vahid bir keyfiyyətə nəzarət sənədinin yaradılması haqqında qarşılıqlı razılıq əldə olunmuşdur.
Bu iclasda Lənkəran Dövlət Universitetini Coğrafiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Cavidan Əliyev təmsil etmişdir.

LDU təmsilçisi layihə çərçivəsində görüşdə iştirak edib


Mənbə:
Paylaş: