Geri

26/04/24

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi


22 aprel 2024-cü il tarixində Bakı Biznes Univeristetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində hesabat konfransı baş tutub. Konfransda 28 yerli ali təhsil müəssisəsindən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən, Dövlət Məşğulluq Agentliyindən, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan, həmçinin layihənin xarici partnyorları olan Litvanın Mykolo Romero Universitetindən, İsveçin Kral Texnologiya Universitetindən, Belçikanın EFMD təşkilatından ümumilikdə 100-dən çox nümayəndə iştirak edib. Konfransın əsas məqsədi layihə çərçivəsində fəaliyyət göstərən komitələrin hesabatlarının dinlənilməsi və müvafiq müzakirələrin aparılması olub. Lənkəran Dövlət Universitetini bu konfransda Elm və innovasiya məsələləri üzrə prorektor dos.Elvin Əliyev, tyutor xidmətinin təşkili və tələbə birliyinin qiymətləndirilməsi şöbəsinin müdiri Nəzrin Hüseynli və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Tofiq Əliyev təmsil edib.
Hesabat məruzələrindən sonra Erasmus Azərbaycan Ofisinin rəhbəri Pərviz Bağırov çıxış edərək həyata keçirilən beynəlxalq layihələrin Azərbaycan ali təhsilinin hərtərəfli inkişafı baxımından önəmindən bəhs etdi.
Layihənin xarici tərəfdaşları qismində isə Litvanın Mykolo Romerio Universitetinin Tədris işləri üzrə prorektoru Regina Valutytė və Belçika EFMD təşkilatının Beynəlxalq layihələr üzrə direktoru Kristofer Terrase çıxış edərək layihə barəsində öz təəssüratlarını bölüşüblər.
“Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi


Mənbə:
Paylaş: