Geri

29/04/24

Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator, Lənkəran Dövlət Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində Danimarka Krallığının Danimarka Texniki Universitetinə (DTU) təcrübə səfəri baş tutub. Səfərdə UNEC, Azərbaycan Texnologiya Unversiteti (ATU), Gəncə Dövlət Universiteti (GDU), Mingəçevir Dövlət Universiteti (MDU), Lənkəran Dövlət Universiteti (LDU) və Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndələri öz qurumlarını təmsil ediblər.
Lənkəran Dövlət Universitetini Coğrafiya və onun tədrisi metodikasının baş müəllimi Cavidan Əliyev təmsil edib. O, “Bərpa olunan enerji və davamlılıq” mövzusunda dərs proqramları haqqında 45 (qırx beş) dəqiqəlik təqdimatla çıxış edib, mövzu üzrə verilən sualları ətraflı şəkildə cavablandırıb.
Məlumat üçün bildirmək istəyirik ki, REFRESH” layihəsinin promo kitabı ictimaiyyətə təqdim olunub. Promo kitabda layihənin məqsədi, hədəfləri, İş Paketləri, tərəfdaşlar haqqında əsas məlumatlar əks olunmuşdur.



Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi


Mənbə:
Paylaş: