Geri

04/06/24

LDU təmsilçisi Barselona Universitetində.


3-7 iyun tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC https://unec.edu.az/) koordinator, Lənkəran Dövlət Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində İspaniya Krallığının Barselona Universitetinə (UB) təcrübə səfəri baş tutub. Lənkəran Dövlət Universitetinin (LDU) Elm və İnnovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev səfərdə iştirak edib.

Səfərdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və Lənkəran Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinin nümayəndələri iştirak edib.

Tədbirin ilk günü Barselona Universitetinin Beynəlmiləlləşmə Siyasəti üzrə prorektoru iştirakçıları salamlayıb. Nərmin İbrahimova REFRESH layihəsinin UNEC üzrə daimi komandasının üzvü olaraq, layihənin fəaliyyəti, görüş gündəliyi və praktiki məlumatlar haqqda açılış sessiyasında təqdimat edib.

Səfər çərçivəsində iştirakçılar UB-nin Bərpa Olunan və Daynıqlı Enerji üzrə magistratura proqramının tədris planı, sillabusda əhatə olunan mövzular, proqramın məqsədləri, kompetensiyalar, qəbul kriteriyaları və dərs planı, sessiyaların və praktiki məşğələlərin təşkili, tədris metodologiyaları, qiymətləndirmə sistemləri və tələbə dəstəyi xidmətləri ilə yaxından tanış olub. Bununla yanaşı Dövri İqtisadiyyat və Dayanıqlılıq üzrə İxtisaslaşma proqramı haqqında səfər iştirakçılarına məlumat verilib.

Təcrübə səfərinin son günündə UB nümayəndələri tərəfindən "İnnovasiya Ekosistemlərinin Qurulmasında Universitet-Sənaye Əlaqələrinin Rolu" mövzusunda seminar keçirilib.



LDU təmsilçisi Barselona Universitetində.


Mənbə:
Paylaş: