Geri
Tədqiqatçıların VI Beynəlxalq Elmi konfransı keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator, Lənkəran Dövlət Universitetinin tərəfdaş
olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi:
Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi
çərçivəsində 22 may tarixində yerli və xarici qonaqlarının iştirakı ilə
menecment görüşü baş tutmuşdur.
Görüş zamanı REFRESH layihəsinin keyfiyyət
planı, iş paketləri üzrə görülmüş və planlaşdırılan işlər, ISCEMR-2024
Konfransında REFRESH layihəsinə həsr olunmuş panelde spikerlərin çıxışı, layihənin
təbliğat planı və noyabr ayında Bakıda təşkil olunacaq COP29 tədbirində layihə
tərəfdaşlarının iştirak imkanları, həmçinin Azərbaycanın COP-29 tədbirinə ev
sahibliyi etməsinin əhəmiyyəti kimi məsələlər müzakirə olunmuşdur.
Eyni zamanda 23 may tarixində Heydər Əliyev Mərkəzi,
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Regional İnkişaf İctimai Birliyi
(RİİB), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı
ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi
Konfransında da iştirak ediblər. Menecment görüşü və konfransda Lənkəran Dövlət
Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin layihələrin idarə olunması üzrə
mütəxəssisi Nuri Billurə iştirak edib.