Geri

25/06/24

Adıyaman Universitetinin müəllimi LDU-da


Türkiyə Respublikası Adıyaman Universitetinin dosenti Gülden Gürsoy Erasmus+ proqramı çərçivəsində Lənkəran Dövlət Universitetinə (LDU) səfər edib. Səfər çərçivəsində türkiyəli müəllimə LDU ilə ətraflı tanışlıq imkanı yaradılıb, universitetin fakültələri və təhsil həyatı ilə tanış edilib, imtahan prosesini izləyib.
LDU ilə əyani tanışlıqdan sonra universitetin rektoru prof.Natiq İbrahimov Adıyaman Universitetinin müəllimi dos. Gülden Gürsoyu qəbul edib. Söhbət zamanı LDU ilə qardaş Türkiyə Cümhuriyyətinin universitetləri arasında son illərdə genişlənən əlaqələrdən, birgə həyata keçirilən layihələrdən söz açılıb, əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib.
Sonda prof. Natiq İbrahimov türkiyəli qonağa xatirə hədiyyələri təqdim edib. Maraqlı görüş xatirə fotoları ilə yaddaqalan olub.


Adıyaman Universitetinin müəllimi LDU-da


Mənbə:
Paylaş: