Geri

10/07/24

LDU beynəlxalq əlaqələrini genişləndirir.


Lənkəran Dövlət Universiteti və İspaniyanın Leon universiteti arasında akademik sahədə ikili əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən hər iki universitet üçün birgə elmi tədqiqatların aparılması, konfrans, seminar və digər tədbirlərin təşkili, akademik mobillik çərçivəsində universitetlərarası müəllim, mütəxəssis mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.

Lənkəran Dövlət Universiteti ilə Rumıniyanın "Dunarea de Jos" Qalati universiteti arasında Erasmus+KA1 proqramı çərçivəsində müqavilə imzalanmışdır. Müqavilə universitetlərarası əməkdaşlığın güclənməsi, tələbə - professor/müəllim və inzibati heyətin qarşılıqlı mübadiləsi istiqamətində mühüm şərait yaradacaqdır. Məlumat üçün bildiririk ki, mübadilə proqramında iştirak edəcək tələbələrin təqaüd qazanmaq imkanı olacaqdır.

LDU  beynəlxalq əlaqələrini genişləndirir.


Mənbə:
Paylaş: