Geri

07/04/25

LDU-nun tələbələri Türkiyədə istehsalat təcrübəsindədir


Lənkəran Dövlət Universitetinin (LDU) “Baytarlıq” fakültəsinin “Baytarlıq” ixtisasının V tədris ilinin 3 tələbəsi fevral ayından Türkiyənin Qafqaz (Qars) Universitetinə 3 ay müddətinə istehsalat təcrübəsi keçmək üçün göndərilib. Hal-hazırda tələbələrimiz qruplara ayrılaraq dörd fərqli sahədə - baytarlıq cərrahiyyəsi, süni mayalanma, yoluxmayan daxili xəstəliklər, mamalıq və ginekologiya sahələrində istehsalat təcrübəsində iştirak edirlər.

İstehsalat təcrübəsində tələbələr müxtəlif xəstəliklərin laborator müayinəsi, yoluxmayan daxili xəstəliklərin müayinə və müalicəsi, heyvanlar üzərində cərrahi əməliyyatların aparılması, süni mayalanma və embrionun transplantasiyası işinin təşkili və tətbiqi, eyni zamanda doğum və ginekologiya sahəsində bilik və təcrübələrini zənginləşdirirlər.

LDU-nun tələbələri Türkiyədə istehsalat təcrübəsindədir


Mənbə:
Paylaş: