Geri
29/04/25
LDU əməkdaşları beynəlxalq təlimdə
Lənkəran Dövlət Universitetinin əməkdaşları 2025-ci il aprelin 17-də Xəzər Universitetinin koordinatorluq etdiyi, Lənkəran Dövlət universitetinin tərəfdaş olduğu DIRNA layihəsi çərçivəsində yeni yaradılan RIMS-Research Information Management System platformasının funksiyaları haqqında keçirilən təlimə qatılıblar.
Təlimdə RIMS platformasına giriş, sistem administratorunun vəzifələri, materialların sistemə daxil olunması, Repozitoriyanın idarə olunması, icazələrin konfiqurasiyası, müntəzəm olaraq texniki xidmət işlərinin görülməsi haqqında məlumat verilib. Hər bir istifadəçi üçün şəxsi hesab açılıb.
Təlim Xəzər Universiteti Kompüter elmləri departamentinin müəllimi Hafiz Muhammad Azeem Akram tərəfindən nəzəri və praktiki olaraq keçirilib.
Mənbə: