Geri

14/04/22

LDU-da “Azərbaycanda Rektorlar Konfransı’’ (ECAR) layihəsi çərçivəsində dəyirmi masa keçirilib.


13 aprel 2022-ci il tarixində Lənkəran Dövlət Universitetində(LDU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının yaradılması (ECAR)” layihəsi çərçivəsində dəyirmi masa keçirilib. Tədbirdə LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dos. İdrak Əsgərov, Elm və innovasiya məsələləri üzrə prorektor dos. Elvin Əliyev, “Tarix-coğrafiya və incəsənət” fakültəsinin dekanı, dos. Zaur Məmmədov və Beynəlxalq əlaqələr üzrə mütəxəssis Rasimə Axundzadə iştirak edib.

Dəyirmi masada Rektorlar Konfransına dair hazırlanmış Nizamnaməyə ümumi baxış keçirilib və müvafiq təkliflər verilib. Bundan əlavə, birliyin məqsəd və vəzifələri, strukturu, idarəetmə orqanı və s. kimi məsələr ətrafında müzakirələr aparılıb.

Xatırladaq ki, Lənkəran Dövlət Universitetinin də tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması (ECAR)” layihəsinin əsas məqsədi universitetlər və digər tərəfdaşlar arasında sıx əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə nail olmaqdır.

LDU-da  “Azərbaycanda Rektorlar Konfransı’’ (ECAR) layihəsi çərçivəsində dəyirmi masa keçirilib.


Mənbə:
Paylaş: