Geri

01/07/22

ECAR layihəsi çərçivəsində Polşaya səfər təşkil olunub.


27 iyun tarixində Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması (ECAR)” adlı Erasmus+ layihəsi çərçivəsində Polşa Respublikasına bir həftəlik səfər başlayıb. İşgüzar səfərin ilk görüşü Varşava İqtisadiyyat Məktəbində baş tutub. İclasda Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri, layihə konsorsiumunun üzvü olan Azərbaycan Universitetlərinin rektorları və digər səlahiyyətləri nümayəndələri,Macarıstan Rektorlar Konfransının nümayəndələri iştirak ediblər. Bu səfərdə Lənkəran Dövlət Universitetini Elm və İnnovasiya məsələləri üzrə prorektor dos. Elvin Əliyev təmsil edir.

Tədbiri giriş sözü ilə açan Varşava İqtisadiyyat Məktəbinin rektoru Piotr Wachowiak çıxış edərək qonaqları salamlayıb və universitet haqqında geniş təqdimatla çıxış edib. Daha sonra rektor Polşa Rektorlar Konfransına üzv olmağın universitet üçün faydalarından və prezidenti olduğu Varşava Ali Təhsil Müəssisələrinin Rektorlar Konfransı barəsində danışıb. Polşa Rektorlar Konfransının prezidenti cənab Arkadiusz Mezyk isə Konfrans adından Azərbaycan nümayəndə heyətini salamlayıb və əməkdaşlıqdan məmnunluq duyduqlarını ifadə edib. O, Konfransın yaradılması ilə bağlı vacib məqamlara toxunub. Belə ki, Konfransın tarixi, hüquqi forması, statusu, daxili idarəetməsi, əsas fəaliyyət istiqamətləri, qərarvermə prosesi, daimi heyəti, o cümlədən Konfransın katibliyinin vəzifələri haqqında toplantı iştirakçılarına ətraflı məlumat verdi. Arkadiusz Mezyk Konfransın yarandığı gündən indiyə qədər Polşa ali təhsil sisteminə verdiyi töhfələrdən, keyfiyyətin yüksəldilməsi istiqamətində irəli sürülən təkliflərdən və əldə etdikləri uğurlardan bəhs edib. A.Mezyk Konfransın iş dünyası, media nümayəndələri və digər Avropa ölkələrinin Rektorlar Konfransları ilə sıx əlaqələrinin olmasını da diqqətə çatdırıb.

Daha sonra Almaniya Rektorlar Konfransının Mərkəzi və Şərqi Avropa, Şərqi Asiya departamentinin rəhbəri Rudolf Smolarczyk Rektorlar Konfransının ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, eləcə də ölkədə universitetlərin koordinasiyalı fəaliyyət göstərməsi baxımından vacib olduğunu vurğulayıb. O, Almaniya Rektorlar Konfransının əsas məqsədləri, üzvlərinin tərkibi, strukturu, idarəedilməsi haqqında məlumatlar verib. Cənab Rudolf, həmçininPolşa və Alman Rektorlar Konfransının təhsil siyasəti və müxtəlif inkişaf istiqamətlərinin müzakirəsi üzrə müntəzəm şəkildə əməkdaşlıq etdiklərini vurğulayıb. Yekunda toplantı iştirakçıları və Rektorlar Konfranslarının nümayənədləri arasında suallar əsasında faydalı müzakirələr aparılıb.

ECAR layihəsi çərçivəsində Polşaya səfər təşkil olunub.


Mənbə:
Paylaş: