Elanlar



LDU-nun müəllimi Danimarkada  səfərdə olub

15-19 aprel tarixlərində Refresh layihəsi çərçivəsində Danimarka Texniki Universitetinə koordinator(UNEC) və tərəfdaş universitetlərin nümayəndələrinin iştirakı ilə səfər həyata keçirilib. Həmin səfərlə bağlı 6 may 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin Coğrafiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Cavidan Əliyev məlumatlandırma sessiyası keçirib. Məlumatlandırma sessiyasında universitetin müəllim və tələbə heyəti iştirak edib.Sözügedən səfərin iştirakçısı Cavidan Əliyev səfərin əsas məqsədi, əldə olunan yeni məlumatlar, alternativ və bərpa olunan enerji sahəsi üzrə hazırlanan yeni layihələr, onların əhəmiyyəti haqqında ətraflı məlumat verib, bununla ...

Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator, Lənkəran Dövlət Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində Danimarka Krallığının Danimarka Texniki Universitetinə (DTU) təcrübə səfəri baş tutub. Səfərdə UNEC, Azərbaycan Texnologiya Unversiteti (ATU), Gəncə Dövlət Universiteti (GDU), Mingəçevir Dövlət Universiteti (MDU), Lənkəran Dövlət Universiteti (LDU) və Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndələri öz qurumlarını təmsil ediblər.Lənkəran Dövlət Universitetini Coğrafiya və onun tədrisi metodikasının baş müəllimi Cavidan Əliyev təmsil edib. ...

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi

22 aprel 2024-cü il tarixində Bakı Biznes Univeristetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində hesabat konfransı baş tutub. Konfransda 28 yerli ali təhsil müəssisəsindən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən, Dövlət Məşğulluq Agentliyindən, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan, həmçinin layihənin xarici partnyorları olan Litvanın Mykolo Romero Universitetindən, İsveçin Kral Texnologiya Universitetindən, Belçikanın EFMD təşkilatından ümumilikdə 100-dən çox nümayəndə iştirak edib. Konfransın əsas məqsədi layihə çərçivəsində fəaliyyət göstərən komitələrin hesabatlarının dinlənilməsi və müvafiq müzakirələrin aparılması olub. Lənkəran ...

LDU əməkdaşları təlimdə iştirak edib.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə regionlarda yerləşən ali təhsil müəssisələrinin əməkdaşları üçün “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsinin ilk mərhələsi çərçivəsində 4 günlük təlim kursu baş tutub.Təlim kursu əsnasında təlimçi – Gülşən Bayramova tərəfindən iştirakçılara ali təhsildə beynəlmilləlləşmə, Erasmus+ layihələri və həmin layihələrin yazılması, layihə dizaynı, tərəfdaşların seçilməsi və layihə büdcəsinin hazırlanması mövzuları barədə geniş məlumat verilib, iştirakçılarla beynəlxalq qrantlar üçün layihələrin hazırlanması ilə bağlı ...

ERASMUS+ proqramı

Türkiyənin Afyon Kocatəpə Universitetində ERASMUS+ proqramı çərçivəsində akademik və ya inzibati heyətin mübadiləsi üçün qəbul prosesi açıq elan edilir. Bu proqram Lənkəran Dövlət Universitetinin əməkdaşlarına Afyon Kocatəpə Universitetində mühazirə oxumaq və ya təlimdə iştirak etmək imkanı verir. Mübadilə müddəti 2023-2024-cü tədris ili üçün 1 həftə (10-14 iyun tarixlərində) nəzərdə tutulub.Müraciət üçün əsas şərtlər:· İngilis dili minimum B2 səviyyəsində olmalı· Minimum 2 (iki) illik iş təcrübəsiTələb olunan sənədlər:· Ərizə· CV (Azərbaycan və ingilis dilində)Müraciət üçün son tarix: 10 aprel 2024-cü ilSeçim ...

Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator, Lənkəran Dövlət Universitetinintərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobalİqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlimDəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ KA2 layihəsinin rəsmivebsaytı istifadəyə verilib.Saytda layihə haqqında ümumi məlumat, layihənin məqsədvə vəzifələri, iş paketləri, tərəfdaşların təsviri, xəbərlər, şəkillər və ictimaiyyətə açıq sənədlərbölməsi əks olunub. Vebsaytın linki: www.refresh-eramus.com

LDU təmsilçiləri beynəlxalq təlimdə

12-14 mart 2024-cü il tarixlərində Lənkəran Dövlət Universitetinin tərəfdaş olduğu və Xəzər Universitetinin koordinatorluq etdiyi DİRNA (Azərbaycanda İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə tədqiqat bacarıqlarının inkişaf etdirilməsi) layihəsinin təşkilatçılığı ilə İtaliyanın L`Akuila şəhərində təlim keçirilib. Təlimdə Lənkəran Dövlət Universitetinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Günel Məmmədova və Texnologiya və texniki fənnlər kafedrasının baş müəllimi Vüsalə Muradova iştirak edib.Qeyd edək kİ, layihə ilə bağlı fəaliyyətlərdən əldə edilən öyrənmə nəticələri müxtəlif yollarla, o cümlədən, ölkədəki digər qurumlara öz repozitorlarının yaradılması və idarə olunmasında fəal şəkildə ...

LDU təmsilçisi layihə çərçivəsində görüşdə iştirak edib

19 fevral tarixində UNEC-in qalib olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ KA2 layihəsinin Keyfiyyətin təminatı şurasının 2-ci iclası keçirilmişdir. İclasda UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin (BƏD) direktoru Nərmin İbrahimova, Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədov, həmin şöbənin mütəxəssisi Gültac Tahirli və Lalə Abbasova iştirak etmişdir. Sözügedən görüşdə layihə konsorsiumuna daxil olan 6 yerli və 4 xarici universitetin nümayəndələri iştirak etmişlər. Görüşdə BƏD-in direktoru Nərmin İbrahimova layihənin tanıdılması üçün ...

Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin azaldılması

24 noyabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetində Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluq etdiyi, Lənkəran Dövlət Universitetinin də tərəfdaş universitet kimi iştirak etdiyi REFRESH (“Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin azaldılması) layihəsi ilə bağlı məlumat günü keçirildi. Tədbirin məqsədi LDU-nun da tərəfdaş olduğu bu layihənin ölkəmizdə bərpa olunan enerji sahəsində tələbə, müəllim və universitet əməkdaşlarını maarifləndirmək olub. LDU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin Layihələrin idarə olunması üzrə mütəxəssisi Nuri Billurə layihə ilə bağlı ...

LDU təmsilçisi beynəlxalq təlimdə iştirak edib

UNEC-in 2022-ci ildə ERASMUS + proqramının KA2 fəaliyyət növü üzrə qalib olduğu “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması (REFRESH)” layihəsində çərçivəsində 3-9 dekabr tarixlərində İtaliyanın Boloniya Universitetinə (UNIBO) işgüzar səfər təşkil olunub. Səfərin əsas məqsədi yaşıl və dayanıqlı iqtisadiyyatın inkişafında UNIBO təcrübələrini öyrənmək idi. Bu təlimdə Lənkəran Dövlət Universitetini “Texnologiya və texniki fənlər” kafedrasının baş müəllimi Vüsalə Muradova təmsil edib.Təlim proqramının ilk günü UNIBO-nun beynəlxalq məsələlər üzrə məsul olan professor-müəllim heyəti ...