Geri

13/04/23

Azərbaycanda Rektorlar Konfransının yaradılması


Bakı Bisnes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində növbəti səfər İsveç Krallığının Stokholm şəhərində baş tutub. Bu səfərdə iştirak edən Lənkəran Dövlət Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev 12.04.2023-cü ildə Lənkəran Dövlət Universitetində məlumatlandırma sessiyası (retraining) keçirib. Tədbirdə universitetin müəllim və işçi heyəti iştirak edib. Tədqiqat və innovasiya, innovasiya sistemləri, tədqiqatda keyfiyyət məsələləri, tədqiqatçıların elmi fəaliyyətinə xidmət edən nəşr infrastrukturları və s. haqda ətraflı məlumat verilib .Təqdimatda səfərlə bağlı foto və videolar da nümayiş etdirilib.

Azərbaycanda Rektorlar Konfransının yaradılması


Mənbə:
Paylaş: