Geri

14/04/23

Azərbaycanda Rektorlar Konfransının yaradılması


Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması”(ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Belçikanın Brüssel şəhərində baş tutan səfərdə iştirak edən Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dos.İdrak Əsgərov və Beynəlxalq əlaqələr üzrə mütəxəssis Rasimə Axundzadə 13.04.2023-cü ildə səfərlə bağlı məlumatlandırma sessiyası (retraining) keçirib. Tədbirdə universitetin işçi heyəti iştirak edib. Ali təhsildə beynəlmiləşmənin rolu, tədrisin, tədqiqatın beynəlmiləşməsi, beynəlmiləlləşdirmə strategiyalarının gücləndirilməsi və s. haqda məlumatlar verilib.
Azərbaycanda Rektorlar Konfransının yaradılması


Mənbə:
Paylaş: