Geri

18/04/23

Azərbaycanda Rektorlar Konfransının yaradılması


Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Polşanın Varşava şəhərində baş tutan səfərdə iştirak edən Lənkəran Dövlət Universitetinin Tarix, coğrafiya və İncəsənət fakültəsinin dekanı dos. Zaur Məmmədov məlumatlandırma sessiyası (Retraining) keçirib. Tədbirdə universitetin müəllim və işçi heyəti iştirak edib. Tədbirdə universitetin ümumi inkişaf dayanıqlı rəqəmsal tranformasiya strategiyaları, həmçinin əməkdaşların təkmilləşdirilməsi ilə bağlı yerli və Avropa layihələri üzrə təcrübələrindən, strateji planlamada insan resurslarının idarə edilməsi, Polşa ali təhsil müəssisələrində monitorinq və qiymətləndirmə prosesləri, strateji idarəetmə üzrə akkreditasiya meyarları kimi mövzularda tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Azərbaycanda Rektorlar Konfransının yaradılması


Mənbə:
Paylaş: