Geri

25/04/23

Azərbaycanda Rektorlar Konfransının yaradılması


Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Litvada baş tutan səfərdə iştirak edən Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İdrak Əsgərov və Qeydiyyat,qiymətləndirmə və monitorinq bölməsinin rəhbəri Nəzrin Hüseynli 20.04.2023-cü il tarixində məlumatlandırma sessiyası (Retraining) keçirib. Tədbirdə universitetin müəllim və işçi heyəti iştirak edib. Tədbirdə Mykolas Romeris Universitetinin daxili keyfiyyət təminatı sistemi, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlara və təlimatlar”a uyğunluq, tədris proqramının və ixtisas komitələrinin rolu, tələbə mərkəzli tədris, öyrənmə və qiymətləndirmə, pedaqoji heyətin peşəkar inkişafı kimi mühüm mövzularda, o cümlədən Mykolas Romeris Universitetinin kampusu, o cümlədən kitabxanası və tədris laboratoriyaları haqqında məlumat verilib.
Azərbaycanda Rektorlar Konfransının yaradılması


Mənbə:
Paylaş: