Geri

11/05/23

Erasmus+ KA171


Lənkəran Dövlət Universiteti və Afyon Kocatepe Universiteti (Türkiyə) ilə imzalanmış Erasmus+ KA171 müqaviləsi çərçivəsində Afyon Kocatepe Universiteti Baytarlıq fakültəsi, Zootexnika və Heyvanların qidalanması kafedrasının əməkdaşı Dr. Günnur Peşmen 01.05.2023 – 05.05.2023 tarixlərində akademik işlərlə tanışlıq məqsədilə LDU-nun "Aqrar və mühəndislik" fakültəsində, Baytarlıq və aqrar fənnlər kafedrasında və Beynəlxalq Əlaqələr şöbəsində olub, iş prosesini izləyib.

Səfər çərçivəsində Dr. Günnur Peşmen Baytarlıq fakültəsinin tədris proqramı, laboratoriyalarla tanış olub, LDU-nun əməkdaşlarına Afyon Kocatepe Universiteti və Baytarlıq Fakültəsi haqqında məlumatlandırma sessiyası keçirib. Bundan əlavə, proqram çərçivəsində ikili əməkdaşlıq imkanları da müzakirə edilib.

Erasmus+ KA171


Mənbə:
Paylaş: