Geri

20/06/23

Erasmus+KA 171 müqaviləsi


Lənkəran Dövlət Universiteti və İspaniyanın Leon Universiteti ilə imzalanmış Erasmus+KA 171 müqaviləsinə əsasən LDU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Günel Məmmədova 01-05 may 2023-cü il tarixində Beynəlxalq təhsil həftəsində iştirak etmək məqsədilə İspaniyanın Leon Universitetinə səfər edib.
Səfər müddətində 20-dən çox ölkənin əməkdaşları iştirak edib. Beynəlxalq təhsil həftəsində Leon Universitetinin fakültələri ilə tanışlıq olub, beynəlmiləlləşmə sahəsində təlimlər keçirilib. Təlim müddətində universitetlər arasında əməkdaşlığın genişləndirilməsi və perspektivləri istiqamətində bir sıra məsələlər müzakirə edilib.

Erasmus+KA 171 müqaviləsi


Mənbə:
Paylaş: