Geri

12/07/23

LDU beynəlxalq əlaqələrini genişləndirir


Lənkəran Dövlət Universiteti və Polşanın Varmiya və Mazuri Universiteti ilə imzalanmış Erasmus+ KA171 müqaviləsi çərçivəsində Polşanın Varmiya və Mazuri Universitetinin Geomühəndislik fakültəsinin dosenti Kristina Kurovska akademik işlərlə tanışlıq məqsədilə LDU-da olub, universitetin "İqtisadiyyat və idarəetmə", “Aqrar və mühəndislik” fakültələrini, eləcə də, Beynəlxalq əməkdaşlıq şöbəsini ziyarət edib, universitetin rektoru prof. Natiq İbrahimovla görüşüb.
Səfər çərçivəsində dos.Kristina Kurovska tədris proqramı, imtahan prosesi və laboratoriyalarla tanış olub, LDU əməkdaşlarına Varmiya və Mazuri Universiteti haqqında məlumatlandırma sessiyası keçirib. Bundan əlavə, proqram çərçivəsində ikili əməkdaşlıq imkanları da müzakirə edilib.

LDU beynəlxalq əlaqələrini genişləndirir


Mənbə:
Paylaş: