Geri

12/07/23

LDU əməkdaşları İspaniyanın Leon Universitetində


Lənkəran Dövlət Universitetinin (LDU) “Xarici dillər və Tərcümə” kafedrasının müdiri Haşım Əkbərov, universitetin Qeydiyyat, qiymətləndirmə və əlavə təhsil bölməsinin rəhbəri Nəzrin Hüseynli, “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Cavidan Əliyev İspaniya Krallığında ezamiyyətdə olublar. Səfər İspaniyanın Leon Universiteti ilə imzalanmış müqaviləyə əsasən Erasmus+ KA171 layihəsi çərçivəsində təşkil olunub.
Səfər müddətində LDU əməkdaşları ixtisasları üzrə Leon Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri və kollektivi ilə görüşüb, ali təhsil ocağının xarici əlaqələri və beynəlxalq təhsil proqramları ilə tanış edilib.
Universitetin tərkibindəki dil mərkəzində dünyanın bir çox ölkələrindən gələn əcnəbi vətəndaşlar üçün ispan, fransız, italyan və digər xarici dillərdə yaradılmış kursların fəaliyyəti ilə tanışlıq da səfərin yaddaqalan məqamlarından olub.
Tədrisin təşkili şöbəsinin məsul şəxsləri ilə görüş zamanı kredit sistemi, fənnlərin tədrisi metodikası, imtahan prosesinin keçirilmə və qiymətləndirmə mexanizmi, tələbələr üçün təşkil olunan güzəştlər və s. məsələlərə toxunulub. Tarix, coğrafiya və xarici dillər fakültəsinin dekanı və müəllimləri ilə keçirilən görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, təklif və rəylər dinlənilib, fikir mübadiləsi edilib.

LDU əməkdaşları İspaniyanın Leon Universitetində


Mənbə:
Paylaş: