Geri

21/12/21

ECAR layihəsi çərçivəsində növbəti görüş keçirilib


20 dekabr 2021-ci il tarixində Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin növbəti işgüzar görüşü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutub. Qeyd olunan bu görüşdə Lənkəran Dövlət Universitetindən Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri dos. Zaur Məmmədov iştirak edib. Görüşün məqsədi layihənin iş planına uyğun olaraq həyata keçirilən fəaliyyətlərin dəyərləndirilməsi və növbəti mərhələdə icrası planlaşdırılan məsələlərin qarşılıqlı müzakirə edilməsi olmuşdur. Tədbirdə layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisələrinin prorektorları və digər məsul şəxsləri iştirak edib.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru prof.Ceyran xanım Mahmudova layihənin önəmindən danışaraq layihə komandasına uğurlar arzulayıb.

Layihənin koordinatoru Gülşən Bayramova layihədə görülmüş işlərin nəticələri və Rektorlar Konfransının Azərbaycan modelinin yaradılması məqsədilə işçi qrupunun formalaşdırılmasından bəhs edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli layihənin uğurla start götürdüyünü və ölkəmizdə ali təhsilin inkişafı, eləcə də əməkdaşlıq imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşün sonunda tədbir iştirakçıları növbəti tapşırıqların icrası ilə əlaqədar fikir mübadilələri aparıb.

ECAR layihəsi çərçivəsində növbəti görüş keçirilib


Mənbə:
Paylaş: