Geri

12/04/22

ECAR layihəsinin “Liderliyin əsasları” mövzusuna həsr olunmuş növbəti təlimi təşkil olunub


Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin “Liderliyin əsasları” mövzusuna həsr olunmuş bir günlük təlimi 08 aprel 2022-ci il tarixində Azərbaycan Universitetində keçirilib. Azərbaycan HR İnstitutunun dəstəyi ilə təşkil olunan təlimdə Lənkəran Dövlət Universitetindən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos. İdrak Əsgərov və digər tərəfdaş ali təhsil müəssisələrinin prorektor və digər rəhbər şəxsləri iştirak edib.

Universitetin rektoru Səadət Əliyeva ECAR layihəsi çərçivəsində təşkil olunan görüş və təlimlər zamanı aparılan müzakirələrin Azərbaycan elminin və təhsilinin inkişafına, ECAR layihəsinin uğurlu icrasına, layihə üzrə müəyyənləşdirilən məqsədlərə nail olunmasına öz töhfəsini verəcəyini bildirib.

Təlimdə “Fərdi performansın komponentləri”, “Korporativ performansın komponentləri”, “Motivasiya”, “Maslow teoriyası”, “Herzberg teoriyası”, “Situativ liderlik modeli”, “Feedback verilməsi qaydaları”, “DİSC davranış modeli” mövzuları əhatə olunub. Təlim Azərbaycan HR İnstitutunun əməkdaşı Vüqar Cəfərov keçirilib.

Günün sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

ECAR layihəsinin “Liderliyin əsasları” mövzusuna həsr olunmuş növbəti təlimi təşkil olunub


Mənbə:
Paylaş: