Geri

19/04/21

Birgə dərs - «İri buynuzlu mal-qara yetişdirilməsinə müasir iqtisadi baxış və bu prosesdə baytar həkiminin rolu».


İki qardaş ölkənin Universitetləri arasında əməkdaşlığı genişləndirmək məqsədilə Türkiyə Cümhuriyyəti Kafkas Universiteti və Lənkəran Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən pandemiya dövrü nəzərə alınaraq ortaq onlayn dərslərin keçirilməsi davam edir. Növbəti dərs Kafkas Universitetinin Baytarlıq fakültəsinin dosenti, dr. Erol Aydın və Lənkəran Dövlət Universiteti Aqrar və mühəndislik fakültəsinin baş müəllimi Elşad Rəhimovun məruzəsi ilə Baytarlıq təbabəti ixtisası üzrə I tədris ili tələbələri üçün Qida gigiyenası və təhlükəsizliyi fənnindən keçiriləcəkdir. Tədbir Microsoft Teams platforması üzərində yayımlanacaqdır.
Mövzu: «İri buynuzlu mal-qara yetişdirilməsinə müasir iqtisadi baxış və bu prosesdə baytar həkiminin rolu».
Birgə dərs - «İri buynuzlu mal-qara yetişdirilməsinə müasir iqtisadi baxış və bu prosesdə baytar həkiminin rolu».


Mənbə:
Paylaş: