Geri

30/10/26

Qazaxıstanda təhsil imkanı!


ELAN: Qazaxıstanda təhsil imkanı!
Lənkəran Dövlət Universiteti ilə Xalel Dosmuxamedov adına Atırau Dövlət Universiteti (Qazaxıstan) arasında akademik mobillik proqramı çərçivəsində 2026–2027-ci tədris ilinin yaz semestri üçün tələbə mübadiləsinə qəbul elan olunur.
Proqram haqqında Seçilmiş tələbələr bir semestr ərzində Atırau Dövlət Universitetində təhsil almaq imkanı qazanacaqlar.
Namizədlərə tələblər
* II–III kurs tələbəsi olmaq;
* ÜOMG-nin 75 və ya daha yüksək olması;
* İngilis və ya rus dili biliyinin B2 səviyyəsində olması;
* Pasport və transkriptin təqdim edilməsi.
İmkanlar Proqram iştirakçıları üçün yataqxana təmin olunur.
Müraciət qaydası
Pasport və transkriptin surətini LDU-nun Beynəlxalq Əməkdaşlıq Şöbəsinə göndərin:
E-mail: int-rel@lsu.edu.az
Son müraciət tarixi: 20 noyabr 2026
Atırau Universitetinin təhsil proqramları ilə tanış olmaq üçün:
Qazaxıstanda təhsil imkanı!


Mənbə:
Paylaş: