Geri

05/10/18

LDU-da Beynəlxalq Müəllimlər Günü qeyd edildi.


oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) keçirilən bayram tədbirini universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb. Tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edən universitet rəsmisi müəllim peşəsinin məziyyətlərindən söz açaraq onu ən şərəfli və məsuliyyətli sənət kimi dəyərləndirib. Təbrik çıxışında professor Natiq İbrahimov universitetin professor-müəllim heyətinə, pedaqoji ixtisaslarda təhsil alan tələbələrə ən xoş bayram arzularını çatdırıb, onlara çətin və şərəfli işlərində uğurlar arzu edib, LDU-nun inkişafı naminə birgə və səmərəli fəaliyyətin vacibliyini önə çəkib, həmçinin ölkədə aparılan çoxşaxəli təhsil islahatlarından danışıb. Tədbirdə LDU-nun həyatında fəal iştirak edən, təhsil və elmi uğurları ilə fərqlənən əməkdaşların bir qrupuna fəxri-fərman və pul mükafatları təqdim edilib.
 LDU-da Beynəlxalq Müəllimlər Günü qeyd edildi.


Mənbə:
Paylaş: