Geri

28/12/20

LDU-da elmi seminar keçirilib.


Lənkəran Dövlət Universitetinin (LDU) İqtisadiyyat və innovativ idarəetmə kafedrasında Azərbaycan universitetləri arasında ilk dəfə olaraq “Vətən müharibəsinin sosial-iqtisdi təsirləri və post-konflikt ərazilərin inkişaf perspektivlərinin qiymətləndirilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminar iştirakçıları Vətən müharibəsində canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan ordusunun qəhrəmanlığını əks etdirən videoçarx nümayiş etdirilib. Elmi seminarda kafedra müdiri, prof.Telman İmanov mövzu ilə bağlı geniş açıqlama verdikdən sonra çıxışlar dinlənilib. “İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiya layihələrinin maliyyələşdirilməsi məsələləri” , “Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında turizmin bərpa dövrü və inkişaf imkanlarının qiymətləndirilməsi” , “Azərbaycanın post-konflikt dövründə işğaldan azad olunmuş ərazilərində dövlət-özəl tərəfdaşlığı” , “Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında inkişafının sosial-iqtisadi aspektləri(sənaye potensialı üzrə)” , “Yuxarı Qarabağ iqtisadi coğrafi rayonunun mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi kənd təsərrüfatı məsələlərinin logistik satış paylama kanalının izomorf modelləşdirilməsi” , “İşğaldan azad olunmuş ərazilərin aqrar-emal potensialı və gələcək perspektivləri”, “Qarabağ bölgəsinin enerji təklif rəhlükəsizliyi: problemlər və inkişaf perspektivləri” , “Konflikt və post-konflikt dövründə hərbi münaqişələrin makroiqtisadi, makromaliyyə və makropsixoloji təsirlərinin qiymətləndirilməsi” mövzularında çıxışlar dinlənilib.
Elmi seminarda iştirak edən fakultə dekanı Gülbəniz Əliyeva və Türkiyə Respublikası "Kırıkkale" Universiteti "İqtisadiyyat" kafedrasının müdiri, "Mərkəzi Asiya və Qafqaz regionunun siyasi iqtisadiyyatı" üzrə mütəxəssis Mehmet Dikkaya çıxışlara münasibət bildiriblər.
LDU-da elmi seminar keçirilib.


Mənbə:
Paylaş: