Geri

29/04/21

LDU ilə Türkiyənin Kars Kafkas Universiteti arasında onlayn dərslər davam edir.


Lənkəran Dövlət Universiteti (LDU) ilə qardaş Türkiyə Cümhuriyyətinin universitetləri arasında təhsil əlaqələri genişlənməkdə davam edir. LDU-nun 2017-ci ildən əməkdaşlıq etdiyi Kars Kafkas Universiteti ilə birgə təşkil etdiyi onlayn dərslər müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb. KOVİD-19 pandemiyası səbəbindən Microsoft Teams platforması üzərindən onlayn yayımlanan dərslərə hər iki universitetdən professor-müəllim heyəti, aqrar ixtisaslarda təhsil alan tələbələr qoşulur.

Bu gün keçirilən dərsi LDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Zaur Məmmədov açaraq universitetin rektoru , professor Natiq İbrahimovun salamlarını tədbir iştirakçılarına çatdırıb və belə dərslərin davamlı olmasının vacibliyini qeyd edib. Kars Kafkas Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Hacəli Nəcəfoğlu da çıxışında mövcud pandemiya səbəbindən onlayn keçirilən tədbirin müsbət əhəmiyyətini yüksək qiymətləndirərək bunun tələbələrin hazırlıq səviyyələrinə , elmi və təcrübi biliklərinin, praktik vərdişlərinin yüksəlməsinə xidmət etdiyini deyib.

Kars Kafkas Universitetinin Baytarlıq fakültəsinin proff , dr Cihan Kaçar Baytarlıq 2-ci tədris ili tələbələrinə Baytarlıq mikrobiologiyası, immunilogiya və virusologiya fənnindən “Təyin olunan zamanda süni mayalanma protokolları” mövzusunda geniş məruzə edib.Slaydlarla müşayiət edilən məruzədə elmin son nailiyyətlərinə istinad edilib və verilən informasiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin dekanı , dosent Balayar Şahbazov, baş müəllimi Tahir Hüseynov mövzu ətrafında fikir və mülahizələrini iştirakçılarla paylaşıblar.

Sonda professor Cihan Kaçar müəllim və tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, məruzənin mətni və slaydlar tələbələrin elektron ünvanlarına göndəriləcək.

LDU ilə Türkiyənin  Kars  Kafkas  Universiteti arasında onlayn dərslər davam edir.


Mənbə:
Paylaş: