Geri

23/05/21

LDU-da Beynəlxalq biomüxtəliflik gününə həsr olunmuş tədbir keçirilib.


Lənkəran Dövlət Universitetində (LDU) 22 may Beynəlxalq biomüxtəliflik gününə həsr edilmiş seminar keçirilib. Təbiyyat fakültəsinin təşkilatçılığı ilə onlayn formatda keçirilən maarifləndirici seminarı LDU-nun tədqiqat işləri və innovasiyalar üzrə prorektoru vəzifəsini icra edən dosent Elvin Əliyev açıb. Dos. Elvin Əliyev Beynəlxalq biomüxtəliflik gününün təsis olunmasından, əhəmiyyətindən, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Biomüxtəliflik haqqında tədbirlər planından,ölkəmizdə bu istiqamətdə aparılan işlərdən ətraflı bəhs edib.

Seminarda Təbiyyat fakültəsiin dekani, dos. Ramiz Şəmmədovun “Bioloji müxtəliflik,mahiyyəti və qorunması” mövzusunda məruzəsi dinlənilib.

Məruzə ətrafında Biologiya və ekologiya kafedrasının müdiri dos. Məmmədhüseyn Hüseynov, ekologiya ixtisasında təsil alan tələbələrdən Türkan Quliyeva, Günay Hüseynova, Fidan Əsgərli çıxış ediblər.

LDU-da  Beynəlxalq biomüxtəliflik gününə həsr olunmuş tədbir keçirilib.


Mənbə:
Paylaş: