Geri

04/11/21

Təbrik edirik!


Bu gün Lənkəran Dövlət Universitetində 2020-2021-сi tədris ilinin yaz-payız imtahan sessiyasının nəticələrinə görə uğur qazanan və həmkarlar ittifaqı fəalı olan tələbələrə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) “Adlı təqaüd”ü təqdim edilib.

Mükafatların təqdimetmə mərasimində Lənkəran Dövlət Universitetinin (LDU) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru ,dos. İdrak Əsgərov, LDU Həmkarlar Komitəsinin sədri Vaqif Quliyev çıxış edərək təqaüdə layiq görülən tələbələri təbrik edib, təhsil və universitetin iictimai həyatında uğurlar arzu ediblər. Mərasimdə "Aqrar və mühəndislik" fakültəsinin dekanı, dos.Balayar Şahbazov, Tarix-coğrafiya və incəsənət" fakültəsinin dekanı, dos.Kamal Mahmudov iştirak ediblər.

“Adlı təqaüd”ə layiq görülən tələbələri təqdim edirik:

1.Əliyeva Günəş Müşfiq qızı-Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının III tədris ili tələbəsi

2.Piriyev Əvəzağa Elman oğlu-Baytarlıq ixtisasının V tədris ili tələbəsi.

Qeyd edək ki, “Adlı təqaüd”ün məbləği 300 manatdır.

Mükafat alan tələbələri təbrik edirik!

Təbrik edirik!


Mənbə:
Paylaş: