Geri

04/03/22

Rektor Türkiyə Cümhuriyyətindən olan müəllimləri qəbul edib.


Lənkəran Dövlət Universitetinin (LDU) rektoru, professor Natiq İbrahimov Türkiyə Respublikasının Qafqaz Universitetinin baytarlıq fakültəsinin professoru Cihan Kacar və sözügedən universitetin qida məhsulları ixtisası üzrə müəllimi, dosent Güvən Gülbazı qəbul edib. Professor Natiq İbrahimov LDU ilə Qafqaz Universiteti arasında 2017-ci ilin noyabrında bağlanmış müqaviləyə əsasən müəllim mübadiləsi proqramı çərçivəsində universitetə gəlib tədris aparan müəllimlərin LDU ilə bağlı təəssüratları ilə maraqlanıb, tələbələrin hazırlıq səviyyələri haqqında fikirlərini soruşub.
Türkiyəli müəllimlər görüşə vaxt ayırdığına və Lənkəran Dövlət Universitetində onlar üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Cihan Kacar LDU tələbələrinin nəzəri hazırlıq səviyyəsindən razı qaldığını deyib. Söhbət zamanı LDU-da qısa zaman kəsiyində baytarlıq klinikasının yaradılması müzakirə olunub. Rektor bildirib ki, yaradılacaq klinikanın xidmətindən Lənkəran rayonunun və cənub bölgəsinin sahibkarları da yararlana biləcəklər. Qarşılıqlı diskussiyada LDU-nun Qafqaz Universiteti ilə qarşılıqlı əlaqələrinin perspektivlərindən, aqrar ixtisaslar üzrə keyfiyyətli kadr hazırlığının əsas istiqamətlərindən, tələbə-müəllim mübadiləsini davam etdirməyin vacibliyindən və s.məsələlərdən geniş söz açılıb, fikir və təkliflər səslənib.
Söhbət əsnasında Dosent Güvən Gülbaz LDU-da Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrlə birgə iştirak etdiyi istehsalat təcrübəsindən danışıb, tələbələrin təcrübi biliklərinin artırılması istiqamətində işlərin genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Sonda xatirə şəkilləri çəkilib.


Rektor Türkiyə Cümhuriyyətindən olan müəllimləri qəbul edib.


Mənbə:
Paylaş: