Geri

05/03/22

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun LDU-da çalışan qadın əməkdaşlara və tələbələrə təbriki.


Qadınlar yer üzünün bəzəyi, dünyanın yaraşığıdır. Qadın gülürsə, bütün bəşəriyyət gülür, əli dəyən hər yer cənnətə çevrilir. “Cənnət anaların ayaqları altındadır” deyimi analara olan böyük sevginin etirafıdır.
Qadın anadır, bacıdır, evlərimizin yaraşığı olan qızlarımızdır. Qadın həm də cəmiyyətin aparıcı qüvvəsidir-alimdir, müəllimdir, mühəndisdir, şairdir-bir sözlə, zəhmətkeşdir. Bütün ziyalıları, dahiləri ana dünyaya gətirir, böyüdür, tərbiyə edir. Bu, dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlarda qadınlarımızın böyük payı var. Olkəmizə Zəfər sevincini yaşadan oğulları dünyaya gətirən, böyüdüb tərbiyə edən Azərbaycan qadını- sən bu gün bütün xoş sözlərə, təbriklərə layiqsən!
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan qadını dövlətin idarə olunmasında fəal iştirak edir, qanunverici orqanlarda təmsil olunur, idman arenalarında Azərbaycan bayrağını şərəflə dalğalandırır, ictimai-iqtisadi, sosial, siyası sahələrdə böyük uğurlara imza atır.
Lənkəran Dövlət Universitetində yüzlərlə qadın işçi, müəllim, alim çalışır, tələbələrimizin böyük əksəriyyətini qızlar təşkil edir. Qazandığımız uğurlarda onların da payı az deyil. Buna görə də sizə minnətdarıq, əziz qadınlar!
8 Mart sizin gününüzdür. LDU-nun dəyərli xanım əməkdaşları-işçilər, müəllimlər, tələbələr -hamınızı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı bildirirəm.
Bayramınız mübarək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru.

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun LDU-da çalışan qadın əməkdaşlara və tələbələrə  təbriki.


Mənbə:
Paylaş: