Geri

01/04/22

LDU ilə tanışlıq məndə xoş təəssürat yaratdı - Örl Litzenberger


ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger Lənkəran Dövlət Universiteti ilə bu günkü tanışlığının onda xoş təəssürat yaratdığını deyib: “Lənkəran Dövlət Universiteti ilə bağlı bu günkü təəssüratım çox xoşdur. Xüsusən qızlar yataqxanasında gördüklərim məni razı saldı. Kompüter otağının yataqxanaya yaxın olması çox yaxşıdır və tələbələrə gün boyu kompüterdən, internetdən istifadəyə şərait yaradır. Rektor bunu yaxşı fikirləşib. Biz bu il 2 yeni guşənin açılışını etmişik ki, bunun da biri LDU-dadır. Bu guşənin LDU-nun nəzdində olması çox yaxşıdır. Bura hamı üçün faydalı olacaq, tələbələrə ingilis dili biliklərini təkmilləşdirməyə imkan yaradacaq. Əminəm ki, mərkəzdən yerli sakinlər də faydalanacaqlar.

LDU ilə tanışlıq məndə xoş təəssürat yaratdı - Örl Litzenberger


Mənbə:
Paylaş: