Geri

13/05/22

LDU-da maarifləndirici tədbir keçirilib


Dövlət Məşğulluq Agentliyi Lənkəran Dövlət Universitetində (LDU) “Karyera planlamasına dəstək” adlı maarifləndirici tədbir keçirib. Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının şöbə müdiri Nahid Nağdıyev, Mərkəzi Karyera filialının şöbə müdiri Pərviz Əfəndiyev, həmin filialın aparıcı mütəxəssisi Mikayıl Tağıyev iştirak ediblər.
Tədbirdə çıxış edən Mikayıl Tağıyev tələbələrə əmək bazarında uğur əldə etmənin yolları barədə tövsiyyələrini verib. İşə qəbulla bağlı əmək bazarında hansı keyfiyyətlərə üstünlük verilir, peşəkarlıq səviyyəsi necə ölçülür, şəxsi brendlə bağlı məsələlər və s. ətrafında diskussiya aparılıb.
Tədbirdə Azərbaycanda ilk dəfə keçiriləcək “Peşələr festivalı” haqqında məlumat verilib, tələbələrə bukletlər paylanılıb.

LDU-da maarifləndirici tədbir keçirilib


Mənbə:
Paylaş: