Geri

04/07/22

Amerikalı qonaqlar üçün konsert.


Xəbər verdiyimiz kimi, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin sabiq vitse-meri, Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri xanım Nensi Selfric və onu müşayət edən amerikalı qonaqlar artıq bir həftədir ki, Lənkəranda dostluq səfərindədirlər. Səfər müddətində xanım Selfric LDU-da “Monterey ESL Summer School”un (Monterey İngilisdilli Yay Məktəbi) açılışında iştirak edib, universitetdə keçirilən “Məzun günü”nə qatılıb, Yay məktəbində məşğələlərin gedişini izləyib.
Bu gün Lənkəran Dövlət Universitetində hörmətli qonaqların şərəfinə 4 iyul- ABŞ-ın Müstəqqillik Gününə həsr olunmuş konsert proqramı düzənlənib. Konsertdə LDU-nun nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin musiqi ixtisasının müəllim və tələbləri maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Konsert proqramında Qarabağda xalqımızın böyük qələbəsini əks etdirən, Vətən müharibəsindəki Zəfəri tərənnüm, Azərbaycançılığı təbliğ edən vətənpərvərlik, döyüş ruhlu musiqi nömrələri səslənib.
Xanım Nensi Selfric tədbirdəki çıxışında göstərdiyi diqqətə görə universitetin rektoru, professor Natiq İbrahimova, konsertin təşkilatçılarına və ifaçılara minnətdarlığını bildirib, LDU ilə əlaqələrin bundan sonra da davam etdiriləcəyini deyib.

Amerikalı qonaqlar üçün konsert.


Mənbə:
Paylaş: